Ana Sayfa > Gözəllik və təbabət > Hansı xallar xərçəngin əlamətidir?
Hansı xallar xərçəngin əlamətidir?8-06-2023, 14:31. Yazar: ailehekimiklinikasi |
![]() Melanoma- dəri xərçəngi riski daşıyan, birdən dəyişməyə başlayan yeni və ya köhnə xallardır. “Medicina” xallarda diqqət yetirilməli məqamları təqdim edir: 1. Asimmetriya - əksər melanomalar adi, yuvarlaq və ya oval xallardan fərqli olaraq, asimmetrik formadadır. Əgər zehni olaraq. bir melanomanın ortasından bir xətt çəksəniz, hər iki tərəfi uyğun gəlməyəcək. 2. Sərhədlər - xoşxassəli melanomlarda sərhədlər bərabər və aydındır, melanomalar üçün isə qeyri-bərabər, kələ-kötür haşiyələr xarakterikdir. 3. Rəng - xoşxassəli melanomlar bərabər qəhvəyi rəngə malikdir, melanoma isə tünd və açıq qəhvəyi və ya qara rənglərin müxtəlif çalarlarının qarışığına malikdir. Bədxassəli kələ - kötür dairəvi melanom böyüdükcə rənglər daha da müxtəlifləşə bilər, rəng palitrasında qırmızı, ağ və ya mavi görünür. 4. Diametr - əksər melanomanın diametri altı millimetr və ya daha çox olur. Nadir hallarda rəngsiz melanomalar da görünür. 5. Dəyişikliklər - ölçü, forma, rəngdəki hər hansı bir dəyişiklik narahatedicidir. Düz bir xal qəflətən qabarıq olarsa, qəfil qaşınma yaranarsa, qabıqlanıb və ya qanamaya başlayarsa, onkoloq dermatoloqa müraciət edin. Aynurə Məmmədova Geri dön |