Ana Sayfa > Gözəllik və təbabət > Ürək-damar xəstəlikləri və qanazlığına qarşı 5 TƏBİİ VASİTƏ
Ürək-damar xəstəlikləri və qanazlığına qarşı 5 TƏBİİ VASİTƏ1-04-2023, 09:02. Yazar: ailehekimiklinikasi |
Ürək-damar xəstəlikləri, habelə ürək çatışmazlığı zamanı inciçiçəyi tinkturası yaxşı təsir edir. Hazırlanma qaydası: Qurudulmuş bitki hissəsi xırdalanıb həvəngdə toz halına salınır. I hissə bitki tozuna 10 hissə spirt əlavə edib çalxalamaqla 7 gün saxlanılır, sonra süzülür. Gündə 1-2 dəfə, hər dəfə 15-20 damcı qabul edilir. Ürək-damar xəstəlikləri zamanı çaytikanı şirəsi qəbul etmək müsbət təsir göstərir. Hazırlanma qaydası: Sentyabr-oktyabr aylarında toplanmış çaytikanı meyvələrini ilıq suda yuyub şirǝsıxanda sıxmalı, 1:2 nisbətində şəkər tozu ilə qarışdırmalı. Gündə 3 dəfə desert qaşığı ilə çaya salıb içməli. Ürək-damar pozğunluqlarını dazıotu dəmləməsi (çayı) ilə aradan qaldırmaq olar. İstifadə qaydası: Günda 1-2 dəfə çay kimi içilir. Tut meyvəsini təzə-təzə yedikdə ürək ağrılarının azalmasına, ürək döyüntüsünün normallaşmasına, iş qabiliyyətinin və təngənəfəsliyin yaxşılaşmasına kömək edir. Ürək-damar xəstəliklərinə qarşı gül və nanə şərbətləri yaxşı təsir edir. Hazırlanma qaydası: 0.5 kilogram gül ləçəyinin üzərinə 1 çay qaşığı limon cövhəri və 3 litr qaynanmış isti su töküb arabir qarışdırmaqla 2 gün sərin yerdə saxlamalı. Sonra şirəni sıxıb ayırmalı, üzərinə 4-5 kilogram şəkər tozu va 2 litr su əlavə edərək zövqə uyğun qatılıq alınana qədər qaynatmalı. Alınan şərbəti şüşələrə doldurub sərin yerdə saxlamalı. Dozası: Yeməkdən yarım saat avval 1 xörək qaşığı içməli. Geri dön |