Ana Sayfa > Gözəllik və təbabət / Klinika > Təbii daşlarla müalicə nədir?

Təbii daşlarla müalicə nədir?


2-07-2021, 09:15. Yazar: ailehekimiklinikasi
Təbii daşlarla müalicə nədir?


Qədimdən günümüzə kimi mineralların magik xüsusiyyətləri ilə yanaşı, onların müalicəvi xassələri də insanlara yaxşı məlum idi. Daşlarla müalicə və ya litoterapiya dedikdə təbii mineralların istənilən şəkildə istifadəsi nəzərdə tutulur. Daşlarla müalicə və ya litoterapiya min illər öncə qədim Misirdə, Hindistanda, Çində, Tibetdə tanınırdı və istifadə edilirdi.
Teofrost, Aristotel e.ə. 372-ci ildə mineralların müalicə-vi xüsusiyyətləri haqqında yazdığı “Daşlar haqqında”, Əl-Bi-runi “Mineralogiya və ya qiymətli daşların tanınmasının xüla-səsi” (1038-ci il) kitabında bir sıra (50-dən çox) mineralların xüsusi çəkisi, metallar, yataqlar və s. haqqında həm məlumat vermiş, həm də onların müalicəvi xüsusiyyətləri haqqında yazmışdır. Tibet və monqol lamaları 100-dən çox mineraldan mürəkkəb tərkibli dərmanlar, kristallardan sağlamlıq və gənclik eliksiri hazırlayırdılar.
Daşlar - stabilliyin, davamın, ümidin, ölümsüzlüyün, məğlubedilməzliyin, əbədiyyətin, Ali Reallığın məhvedilməzliyinin simvoludur.
Yaranışla bağlı əfsanələrə görə dağlar, daşlar dünyadakı bitkilərdən və bütün canlılardan əvvəl yaranmışdır. Müxtəlif enerjiyə malik olan daşlardan insanlar əsrlər boyu şəfaverici vasitə, minerallardan magik vasitə kimi istifadə etmişlər.
Daşlardan nəinki şəfaverici vasitə olaraq, hətta görmək istəmədiyin insanın arxasınca edilən və daş ilə bağlı belə bir qarğış mövcuddur - Elə get arxanca bir qara daş getsin…

Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından


Təbii daşlarla müalicə nədir?

Geri dön