Ana Sayfa > Gözəllik və təbabət / Klinika > Təbabətdə gicitkənlə müalicə

Təbabətdə gicitkənlə müalicə


6-05-2021, 09:24. Yazar: ailehekimiklinikasi
Təbabətdə gicitkənlə müalicə


-Gicitkənlə müalicə - oynaq əzələ ağrılarında yerli şəkildə və qanaxmalar zamanı dəmləmə şəklində istifadə edilir. Amma mütləq həkimlə məsləhətləşmək vacibdir! Çünki yerli istifadə zamanı allergik reaksiya, daxilə qəbulu zamanı isə qan laxtalanmasını artıra bilər.
-Keçi piyi ilə müalicə, massaj- soyuqdəymə zamanı, əzələ və -oynaq ağrılarında işlədilir. Kətan parçaya bükülmüş keçi piyi şam alovunda və ya adi alovda isidilir, həmin əriyərək parçaya hopan piy əl ilə götürülür və ağrıyan hissə onunla massaj edilir.
-Qadın sonsuzluğunda mamaçalar tarixən bəzir yağı (kətan yağı) ilə tampon qoymuşlar və daxilə qəbul etməyi məsləhət görmüşlər.
-Bəzir yağından xalq arasında eyni zamanda qəbizliyin müalicəsi zamanı qaşıqla daxilə qəbul etməyin və dəmrov kimi dəri xəstəliklərinin yerli müalicəsində effektiv olmasına inanılır.
-Uşaqsalmış qadına kəklikotu dəmləməsinin suyuna, məhsul unundan xəşil çalar və üzərinə əridilmiş kərə yağı ilə tut doşabı (bəhməz) əlavə edib xüsusi yemək hazırlayardılar ki, itirdiyi enerjini bərpa etsin və iltihab yaranmasın.
- Süd vəzlərində ağrılar olduqda üç həftə müddətinə şaftalı yarpağı dəmləməsi daxilə qəbul etmək, hər gün yarım stəkan qədər qovrulmamış günəbaxan tumu yemək və at pıtrağı yarpağını isti suda təmiz yuyub yerli şəkildə kompress kimi istifadə etmək tövsiyə edilərdi.
-Süd vəzlərində ağrılar olduqda çox hissəsi yonca və az hissəsi gicitkən olmaqla bu qatışığı bir qabda dəmləyərək üç həftə qəbul etməyi və onunla yanaşı kələm pörtlədib ilıq şəkildə yerində olaraq istifadə etməyi tövsiyə etmişlər. Pörtlənmiş kələmdən hətta çibanların tez sağalması məqsədilə də istifadə edərdilər.
-Saç tökülməsinin, saç quruluğunun, saç uclarının haçalanmasının qarşısını almaq, tez uzanması və parlaq olması məqsədilə hər dəfə saçlar yuyulduqdan sonra saçlarına ilıq şəkildə qatıq çəkərək, 5-10 dəqiqə saxlayıb sonra yumuşlar.
-Sirkə ilə massaj – qızdırmanı, yüksək hərarəti endirmək məqsədilə edilir.
-Alça turşusu ilə boğaz ağrısı zamanı boyunun ön tərəfinə kompress qoyulur.

Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından


Təbabətdə gicitkənlə müalicə

Geri dön