Ana Sayfa > Gözəllik və təbabət / Klinika > Uşağın "çöpünü üfürmək" düzgündürmü?

Uşağın "çöpünü üfürmək" düzgündürmü?


30-04-2021, 09:08. Yazar: ailehekimiklinikasi
Uşağın "çöpünü üfürmək" düzgündürmü?


-Çöp üfürmək - Çöpçülər tərəfindən aparılır. Deyilənə görə çöpçülük sənəti hər hansı bir nəsilin nümayəndələrinə təbiət tərəfindən verilən bir bacarıqdır. Güman edilir ki, “çöp qaldı” deyilən uşaqların udlağının girəcəyində cib şəklində genişlənmiş nahiyələr olur və ora qida artığı dolaraq qalır, çürümə gedir. Çöpqalmaya şübhəni də uşağın ağzından xoşagəlməz qoxunun gəlməsi, səbəbsiz, yəni qrip, angina kimi xəstəliklər olmadan qızdırmanın yaranması kimi əlamətlər yaradır. Çöpçülərə inanan valideynlər az deyil və bu gün də onlar fəaliyyət göstərirlər. Amma Azərbaycanda təbiblik qanunla nizamlandığına görə çöpçü adlanan ara həkimləri də lisenziya ilə işləsələr, digər tibb işçiləri kimi tibbi baxışdan keçsələr daha yaxşı olar. Çünki onlarda da istər vərəm, istərsə də digər yoluxucu xəstəliklərin ola bilməsi istisna deyil.
-Ruh ölçmək–bu qeyri ənənəvi üsul hər gün axşamüstü başı ağrıyan insanlar üçün edilir. İnanclara görə başağrısı olanlar əsasən ölünü söymüş adamlar olurlar. Ruhu ölçmək üçün həmin adam üç gün başına bir yaylıq bağlayır, sonra həmin yaylığı ruhölçənə gətirirlər. Üç gün isə həmin yaylıq onun evində qalır və ruhölçən şəxs müxtəlif dünyasını dəyişmişlərin ruhlarını çağıraraq onlarla kontakta girir və söyüş söymüş insan üçün üzrxahlıq edərək onun üçün şəfa diləyir. Razılıq alındıqdan sonra, yəni ruhlar başağrısı çəkəni bağışladıqdan sonra, həmin yaylıq bir daha ağrıçəkən adama qaytarılır və bu dəfə üç gün yenidən yaylıq başa bağlanaraq saxlanılır. Sonda isə başağrı keçmiş olur.
-Litoterapiya – (növbəti aşağıdakı bölümdə litoterapiya haqqında geniş məlumat veriləcək) Naxçıvandakı qara daşlara etiqad, Nardarandakı Rəhimə xanım pirinin həyətindəki müalicəvi sayılan daşa inam, Xıdır Zində pirində içərisinə xırda daşlar atılmış sudan içmək və s.
-Göz muncuğu-çox zaman körpə uşaqların, gənc qızların və təzə gəlinlərin üzərinə taxılır. Göy rəngli, üzəri göz formalı işlənmiş muncuq və onunla yanaşı muncuq formasında hazırlanmış dağdağan ağacı bir sancağa keçirilərək uşağın və ya kim istəsə onun üstünə taxılardı. Burada həmin muncuqlardan başqa sancağın da qara qüvvələrdən qoruyacağına olan inanc da vardır.
-Bel çəkmək-ara müalicəsi üsulu bel-omba nahiyəsinin müxtəlif dartmalarla və massajla mexaniki, reflektor təsir etdikdən sonra çox zaman bel nahiyəsinə qətran və digər qarışıqdan ibarət yaxa qoymaqla başa çatır.

Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından


Uşağın "çöpünü üfürmək" düzgündürmü?

Geri dön