Ana Sayfa > Bioqrafiya > Fətəli xan Əfşar
Fətəli xan Əfşar13-03-2023, 13:17. Yazar: ailehekimiklinikasi |
Urmiya xanı 1747 – 1748 Sonrakı Mehdi xan Qasımlı-Avşar Təbriz hakimi 1748 – 1763 Əvvəlki Əmiraslan xan Qırxlı-Avşar Sonrakı Nəcəfqulu xan Dünbili Urmiya xanı 1757 – 1762 Əvvəlki Azad xan Əfqan Sonrakı Rüstəm xan Qasımlı-Avşar Şəxsi məlumatlar Doğum tarixi 1700 Doğum yeri Urmiya Vəfat tarixi 1763 Vəfat yeri Urmiya, Urmiya xanlığı Atası Əlimərdan xan Uşaqları Cahangir xan, Abdurrəşid xan Fətəli xan Əfşar (1700, Urmiya – 1763) — Urmiya xanlığının hakimi. Nadir şah Avşar elinin Qırxlı, Fətəli xan Araşlı oymağındandır. Nadir şah Xorasanda, Fətəli xan Urmiyada anadan olmuşdu. Siyasəti Fətəli xan Xanlığın ərazisini genişləndirmək üçün ilk olaraq Təbrizi ələ keçirir və paytaxtını buraya köçürür. Fətəli xanın bu siyasəti onu Zənd tayfasının təmsilçisi Kərim xan Zənd və Qacar tayfasının başçısı Məhəmmədhəsən xan Qacarla toqquşdurur. Fətəli xan onlara qarşı uğurlu Savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin II İraklinin göndərdiyi Qazax və Borçalı türklərindən ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə gəlir. Bu yürüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq 1753-cü ilin sonu 1754-cü ilin başlanğıcında Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bilmişdi. 1759-cu ildə Fətəli xan Əfşar Qarabağ xanlığını da özünə tabe elətdirir. Xorasanın Güneyində möhkəmlənmiş Kərim xan Zənd 1752-ci ilin sonunda Urmiya Xanlığı üzərinə yürüş edir. Miyana ətrafındakı döyüşdə Fətəli Xana məğlub olan Kərim xan Fars vilayətinə qaçır. Onu təqib edən Fətəli xanın gücləri Qəmşə adlı yerdə zəndləri yenidən məğlubiyyətə uğradırlar. Kərim xanın qardaşı İsgəndər xan əsir alınaraq edam edilir. Bu zaman İranin Quzeyində möhkəmlənmiş Məhəmmədhəsən xan Qacar da mərkəzi hakimiyyət uğrunda Savaşa başlayır. O, 1755-ci ilin yazında İsfahanı ələ keçirir. Kərim xan Şiraza qaçır. Məhəmmədhəsən xan Ərdəbil və Lənkəran xanlıqlarının ərazilərindən, eləcə də Muğan düzündən keçərək Qarabağa hücum edir. Daha sonra Təbrizi, sonra isə Urmiyanı tutur. 1759-cu ildə Məhəmmədhəsən xan öldürülür. Bundan yararlanan Fətəli xan Təbrizə qayıdır və yenidən birləşdirmə siyasətini davam etdirir. 1759-cu ilin yayında Qarabağ xanlığı üzərinə yürüş Pənahəli xanın siyasi asılılığı qəbul etməsi ilə nəticələnir. Xanlığı üzərinə yürüş edir. Miyana ətrafındakı döyüşdə Fətəli Xana məğlub olan Kərim xan Fars vilayətinə qaçır. Onu təqib edən Fətəli xanın gücləri Qəmşə adlı yerdə zəndləri yenidən məğlubiyyətə uğradırlar. Kərim xanın qardaşı İsgəndər xan əsir alınaraq edam edilir. Bu zaman İranın Quzeyində möhkəmlənmiş Məhəmmədhəsən xan Qacar da mərkəzi hakimiyyət uğrunda Savaşa başlayır. O, 1755-ci ilin yazında İsfahanı ələ keçirir. Kərim xan Şiraza qaçır. Məhəmmədhəsən xan Ərdəbil və Lənkəran xanlıqlarının ərazilərindən, eləcə də Muğan düzündən keçərək Qarabağa hücum edir. Daha sonra Təbrizi, sonra isə Urmiyanı tutur. 1759-cu ildə Məhəmmədhəsən xan öldürülür. Bundan yararlanan Fətəli xan Təbrizə qayıdır və yenidən birləşdirmə siyasətini davam etdirir. 1759-cu ilin yayında Qarabağ xanlığı üzərinə yürüş Pənahəli xanın siyasi asılılığı qəbul etməsi ilə nəticələnir. 1761-ci ildə Kərim xan Zənd güclü ordu ilə yenidən hücuma keçərək Urmiya şəhərini, 1763-cü ilin ortalarında Fətəli xanı əsir alır. Geri dön |