Ana Sayfa > Araşdırma > Qaraciyər sirrozu ilə neçə il yaşamaq olur?
Qaraciyər sirrozu ilə neçə il yaşamaq olur?19-11-2023, 18:12. Yazar: ailehekimiklinikasi |
Sirroz - qaraciyərin müxtəlif xəstəliklərinin sonuncu, yekun mərhələsidir. Bu zaman qaraciyərdə çapıqlar çoxalır, hüceyrələr zədələnir. Milli.Az medicina.az-a istinadən bu diaqnozla orta ömür barədə proqnozları təqdim edir. Kompensə olunmuş, yəni yüngül forma, simptomları uzun illər özünü göstərməyən sirrozda ömür 9-14 il sürə bilir. Dekompensə formasında artıq əlamətlər görülür, bu zaman qaraciyər köçürülməsi mümkün olmazsa, orta ömür 3-6 il olur. Ömür müddətinə nə təsir edir: - Qarın boşluğuna maye yığılması - Assit - Baş beynin disfunksiyası - Albuminin miqdarının kəskin artması - Bilirubin miqdarı - Qanın laxtalanması Xəstədə bu əlamətlər nə qədər çoxdursa, yaşama şansı bir o qədər azalır. Sirroz xəstəsinin ömür müddətini proqnozlaşdırmaq üçün MELD modelindən də istifadə olunur. Burda 3 əsas göstəriciyə baxılır: bilirubin, MHO, kreatinin. Bu göstəricilər nə qədər çoxdursa, artırsa, ölüm riski bir o qədər yüksəlir. Xəstəyə necə yardım etməli: İlk növbədə xəstə spirtli və zərərli içkilərdən tam imtina etməlidir. Ömrü uzatmaq üçün həyat tərzinə dəyişiklik etmək lazımdır: - fiziki aktivlik, gimnastika - Çəkinin normal olması - Hepatitləri müalicə etmək - Siqaretdən imtina - Düzgün qidalanma - Duzu azaltmaq - Vitamin və sink qəbul etmək - C vitamini qəbulundan qaçmaq - Qanı nəzarətdə saxlamaq. Geri dön |