Ana Sayfa > Araşdırma > Havalar soyuyan kimi diz və oynaq ağrılarınız artırsa...
Havalar soyuyan kimi diz və oynaq ağrılarınız artırsa...15-11-2023, 08:03. Yazar: ailehekimiklinikasi |
Havalar soyuduqca rematizmdən əziyyət çəkən insanların diz və oynaq ağrıları artır. Bu, günlük həyatdakı işləri görməkdə çətinlik yaratdığı kimi ağrılara da səbəb olur. Bəs bunun qarşısını almaq mümkündür? Milli.Az axşam.az-a istinadən bildirir ki, rematizm ağrıları olan insanların əməl etməli olduqları tövsiyələri təqdim edir: - Soyuq havalarda isti məkanlarda qalmağa çalışın. Əgər çölə çıxmalısınızsa, boyun, əl və ayaq bölgələrini isti tutacaq geyimlər geyinin. - Köklükdən əziyyət çəkən şəxlərə çəki atmaları tövsiyə olunur. - Qidalanma rasionuna balıq, gicitkan, yumurta daxil edin. Qoz, kətan toxumu, dirrik pərpərəni, zeytun yağı ilə bol, kalsium və C vitamini ilə zəngin qidalar istehlak edə bilərsiniz. - Gün ərzində 2,5 litr su için. - Stresdən uzaq durun. - Siqaret çəkməyin. - D vitamininiz çatmırsa, əlavə yardım alın. - Yuxu rejiminizə diqqət edib, yaxşıca dincəlməlisiniz. Geri dön |