Ana Sayfa > Araşdırma > Ürəyin yaxşı işləmədiyini göstərən GİZLİ ƏLAMƏTLƏR
Ürəyin yaxşı işləmədiyini göstərən GİZLİ ƏLAMƏTLƏR21-03-2023, 19:17. Yazar: ailehekimiklinikasi |
Ürək-damar sistemi xəstəlikləri dünyada ölümün əsas səbəbi sayılır. Təəssüf ki, bir çox hallarda bu xəstəliklər gizli inkişaf edir və onların ilkin simptomları digər xəstəliklərin simptomları ilə qarışdırılır. Bu səbəbdən ürək-damar sistemi xəstəliklərinin ilkin gizli simptomlarını bilmək çox vacibdir. Saglamolun.az sizə bu simptomların siyahısını təqdim edir: 1. Yorğunluq və halsızlıq Bir çox hallarda insanlar bunu digər səbəblərlə izah edir, lakin əgər yorğunluq heç nəyə baxmayaraq uzun müddət ərzində keçmirsə, kardioloqun müayinəsindən keçin. 2. Öskürək Bu simptomu biz yalnız nəfəsalma sistemi xəstəlikləri ilə əlaqələndiririk. Lakin öskürək ürək xəstəliyi fonunda da meydana gələ bilər. Öskürək müalicəyə baxmayaraq keçmirsə, uzanaq vəziyyətdə əmələ gəlirsə, kardioloqun müayinəsindən keçməyinizi tövsiyə edirik. 3. Yuxusuzluq Bu əsasən sinir sisteminin fəaliyyətində olan pozulmaların simptomu kimi qiymətləndirilir. Lakin ürək xəstəlikləri zamanı da bu simptom meydana gəlir. 4. Osteoxondroza oxşar ağrılar Qol, çiyin, boyun və kürək nahiyəsində ağrılar əsasən osteoxondrozun simptomları sayılır. Lakin belə ağrılar ürək xəstəliyin və hətta infarktın simptomu ola bilər. 5. Ayaqlarda ödemlər 6. Kişilərdə potensiya problemləri Geri dön |