Ana Sayfa > Araşdırma > Uşaqlarda yaranan ishalın müalicəsi
Uşaqlarda yaranan ishalın müalicəsi27-01-2023, 21:29. Yazar: ailehekimiklinikasi |
Uşaqlarda müşahidə olunan ishal əsas problemlərdən biridir. İshal olan uşaqlar ilk olaraq pediatra müraciət etməlidirlər. Çünki əsas səbəb araşdırılmalıdır. Əgər xüsusi bir xəstəlik səbəbi yoxdursa immunitet.az-ın təqdim etdiyi üsullarla övladınızı ishaldan xilas edə bilərsiniz: İlk olaraq qeyd edək ki, ishal 24 ərzində uşağın 3 dəfədən artıq sulu çölə çıxmasıdır(tualet ehtiyacı). Əmizdirilən körpələrdə isə bu rəqəm daha çoxdur. İshalın təsiri ilə uşaqlarda qusma,qarın ağrısı, qızdırma ola bilər. Kartof - İshaldan xilas olmağa kömək edəcək. Kartofun tərkibindəki nişasta sayəsində sulu axıntı sərtləşə bilər və ishal nəzarət altına alına bilər. Bişirilən zaman duz atılması məsləhət görülür. Zəncəfil - Mədə və bağırsaqdakı infeksiyalara və həzmsizliyə müsbət təsir göstərir. Qan dövranı sürətlənir. Zərərli bakteriyalar azalır. Bir parça zəncəfili bir stəkan suda qaynadın və soyuduqdan sonra uşağa içizdirin. Limon - Mikrob öldürücü xüsusiyyəti sayəsində ishala səbəb olan bakteriyalar məhv olur. Tərkibi C vitamini ilə zəngindir. Bir stəkan suya 2 şirniyyat qaşığı limon suyu əlavə edin və gündə 1-2 dəfə uşağınıza içizdirin. Banan - Tərkibində olan maddələr qəbizlik yaradır. Bunun üçün ishala çox faydalıdır. Bu səbəbdən ishal olan uşağınıza istədiyiniz qədər banan yedizdirə bilərsiniz. Geri dön |