Ana Sayfa > Araşdırma > Kişinin səhhətində problem olduğunu göstərən 7 əlamət
Kişinin səhhətində problem olduğunu göstərən 7 əlamət18-01-2023, 19:01. Yazar: ailehekimiklinikasi |
Sağlamlıqlarına biganə olan, həkimə getməyi xoşlamayan kişilər bəzi xəstəlikləri gecikdirir, bu da onların ömrünü qısaldır. BUTA.TV hər bir kişinin özündə fikir verməli olduğu xəbərdaredici ciddi əlamətləri təqdim edir: Xayada dəyişikliklər - Testislərdə əmələ gələn şiş və ya ağrı kimi əlamətlər testis xərçənginin bir əlaməti ola bilər. Belə bir vəziyyətdə dərhal urologiya mütəxəssisi ilə görüşmək lazımdır. Tez-tez sidiyə çıxma - Bu, xüsusilə 50 yaşdan yuxarı kişilərdə rast gəlinən prostat xərçənginin əlaməti ola bilər. Həkimlər 50 yaşından sonra kişilərə tez-tez prostat vəzlərini müayinə etdirməyi tövsiyə edir. Nəcisdə qan görülməsi - Nəcisdə qan görülməsinin bir çox fərqli səbəbi ola bilər: babasil, sidik yolu infeksiyası bağırsaq, həmçinin böyrək xərçənginin ilkin əlamətlərinə daxildir. Səbəbsiz ağrı və yorğunluq - Xərçəngin tez-tez görülən əlamətlərindən biri də səbəbsiz yaranmış ağrı və yorğunluqdur. Bu kimi vəziyyətlərdə vaxt itirmədən həkimə gedin. Ağız yaraları - Siqaret və tütün istifadə edən insanların ağız xərçənginə yaxalanma riski olduqca çoxdur. Ağız içinizdə, dodaqlarda tez-tez qırmızı və ya ağ ləkələr əmələ gəlirsə, bu, ağız xərçənginə işarə edə bilər. Limfada şişkinlik - Boyun, qoltuqaltı və ya digər nahiyələrdə yerləşən limfa vəzilərində səbəbsiz şişlərin əmələ gəlməsi də xərçəng simptonlarına daxildir. Çətin udmaq - Yemək yeyərkən udmağa çətinlik çəkirsinizsə, eyni zamanda qusma və çəki itkisi kimi əlamətlər varsa, həkim nəzarətindən keçin. Geri dön |