Ana Sayfa > Araşdırma > Gecə yuxudan eyni saatlarda oyanırsınızsa… - Qaraciyər saatı nədir?
Gecə yuxudan eyni saatlarda oyanırsınızsa… - Qaraciyər saatı nədir?17-12-2022, 00:20. Yazar: ailehekimiklinikasi |
Gecə yuxusu zamanı orqanizmdə çox ciddi proseslər gedir – orqanizm özünü bərpa edir, yeniləyir, təmizləyir. Əgər insan gecə yuxudan eyni saatlarda oyanırsa, bu bəzi pozulmalara işarə edə bilər. Saglamolun.az Rusiya KİV-lərinə istinadla bildirir ki, əsas səbəblər arasında qaraciyər, agciyər, öd kisəsi problemləridir. 23:00 – 1:00 Bu saatlarda öd kisəsi fəal şəkildə işləyir. Əgər siz yuxuya gedəndən sonra tez-tez məhz bu saatlarda oyanırsınızsa, bunun səbəbi səhv qidalanma, şam yeməyində ağır qidaların istehlakı, öd kisəsində problemlər ola bilər. 1:00 – 3:00 Bu saatlarda orqanizm toksinlərdən təmizlənir, qaraciyər çox fəal şəkildə işləyir. Əgər siz bu saatlarda oyanırsınızsa, bu o deməkdir ki, qaraciyəriniz yükləmələrə tab gətirmir. Həkimə müraciət edin. 3:00 – 5:00 Bu saatlarda ağciyər təmizlənir və orqanizm çoxlu oksigen qəbul edir. Əgər siz bu saatlarda oyanırsınız və sizdə təngənəfəslik, öskürək əmələ gəlirsə, mütləq pulmonoloqa müraciət edin. Saglamolun.Az Geri dön |