İsraildə aparılan bir araşdırmaya görə, Alzheymer xəstələrinə təzyiqli kameralarda oksigen müalicəsi verilərək xəstəlik dayandırıla bilər.
Milli.Az xəbər verir ki, İsrail alimləri yaddaş zəifliyinin erkən mərhələsində - yüngül koqnitiv qüsuru olan 6 yaşlı insan üzərində tədqiqat aparıb.
Elm adamları həmin şəxslərə 3 ay ərzində həftədə 5 dəfə 90 dəqiqə oksigen müalicəsi tətbiq etdikdən sonra simptomların yaxşılaşdığını aşkar ediblər. (publika.az)