Xəbərlər



İnsanı komaya salan 10 SƏBƏB – Koma ilə ölümü necə ayırmalı?
İnsanı komaya salan 10 SƏBƏB – Koma ilə ölümü necə ayırmalı?


Yəqin ki, filmlərdə, xarici ölkələrdən xəbərlərdə bir çox xəstələrin, eləcə də son zamanlar Azərbaycanda hüquq müdafiəçisi Oktay Gülalıyevin komada olması barədə oxumusuz. Komada olan şəxs klinikada həyati vaxib orqanları aparatlara qoşulu vəziyyətdə aylarla qalır.

Statistikaya görə, əgər insan koma halında 1 ildən artıq qalarsa, onun ayılma şansı praktiki olaraq qalmır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, bəzən insanlar ölümdən yox, komaya düşməkdən qorxur. Birdən ölmərəm, komada olaram, bilməzlər deyə düşünür.

Qədim yunancadan koma sözü dərin yuxu deməkdir. Xaricən bu insanın huşsuz vəziyyətdə, ətrafa reaksiya vermədən beyninin sanki sönməsinə bənzəyir.

Lakin komanın digər əlamətləri də var.

- Qapalı gözlər
- Gözləri açanda bəbək işığa reaksiya vermir
- Ağrıya reaksiya yoxdur
- Ayaqlar hərəkətsizdir
- Bir çox hərəkət refleksləri itib
- Adını çağırdıqda, oyatmaq istədikdə ayılmır
- Nəfəs alır, amma tənəffüs normal deyil, nəfəs vermə ilə alma arasında uzun fasilələr var

Bu halda nə etməli?

Yeganə yol təcili ambulans çağırıb, xəstəni qısa müddətdə müasir klinikanın reanimasiya şöbəsinə yerləşdirməkdir. Xəstə yaxın 3 saat ərzində orqanların həyatını təmin edəcək aparatlara qoşulsa, koma vəziyyətində olsa da yaşayacaq.

Komaya səbəb olur:

- Ağır qəzalar, yol qəzaları, kəllə-beyin travmaları
- İnsult - komaların 50% nin səbəbidir

- Diabet - qanda şəkər qəfil çox yüksək qalxsa və ya çox aşağı düşsə, insan diabetik komaya düşür
- Uzun müddət oksigensiz qalma, suda batma və s.

- Ağır infeksiyalar - beyini zədələyən ensefalit və meninqit beyin və onurğa beyin toxumalarını oksigensiz qoyur
- Zəhərlənmə
Müxtəlif toksiki maddələr, qaz və s. beynin zəhərlənməsinə gətirib çıxarır

- Qıcolmalar - epileptik tutmalar komaya səbəb ola bilir
- Beyində şişlər, onkologiya

Bəzi koma növləri geri dönəndir. Xüsusən diabetik komalarda, qanda şəkəri tənzimləyən kimi xəstə oyanır. Amma bu da müəyyən saatlar ərzində olmalıdır.

Xəstənin komadan çıxmasına heç bir həkim zəmanət vermir, amma onlar hər bir müalicə, müdaxiləni edirlər.
Baxış sayı: 182