Xəbərlər



Hansı turşular ziyanlı, hansılar faydalıdır?
Hansı turşular ziyanlı, hansılar faydalıdır?


Xüsusi marinadla turşuya qoyulan xiyar və digər tərəvəzləri araqla və başqa yüksək alkoqollu içkilərlə istifadə etmək məsləhət görülmür.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, əsas təhlükə onların tərkibində olan sirkədir. Sirkə həzm sisteminin selikli qişasını qıcıqlandırır. Buraya spirt də əlavə olunanda iltihabın inkişaf riski artır. Bu vəziyyətdə həzm sistemində spirt absorbsiyası çoxalır. Bənzər təsiri acı məhsullar da göstərir. Belə kombinasiyaların müntəzəm istifadəsi mədədə qastrit, eroziya, xora yaradır.

Həkimlər sirkə ilə hazırlanmış tərəvəzlərdənsə, duza qoyulan kələm və digər tərəvəzlər qəbul etməyi məsləhət görürlər. Duza qoyulan kələm mədəni eroziya və qastritdən qoruyan metioninin amin turşusu ilə zəngindir. Keşniş, cəfəri, reyhan, göy soğan və digər göyərtilər öz növbəsində alkoqol və yağlı yeməklər üçün əla absorbent sayılır.
Baxış sayı: 93