Xəbərlər



Nazir müavini yanğından danışdı - “Özünü binadan atan olmayıb”
Nazir müavini yanğından danışdı - “Özünü binadan atan olmayıb”



















Bakıda baş verən yanğından sonra fövqəladə hallar nazirinin müavini, general Etibar Mirzəyev jurnalistlərə açıqlama verib.

E.Mirzəyev bildirib ki, yanğın barədə məlumat saat 12:10-da daxil olub:

“Yanğın binanın 18-ci mərtəbəsində başlayıb. Yanğının söndürülməsinə 25 texnika, 100-dək canlı qüvvə cəlb edilib.

Yanğın 3 saatdan artıq davam edib və artıq tam söndürülüb. Su qıtlığına görə yanğın uzun müddət davam etdi. Şəhərdə tıxac olduğu üçün iri texnikalar hadisə yerinə yaxınlaşa bilmirdi.

Hazırda yanğının səbəbi araşdırılır. Xəsarət alan olmayıb, bir nəfərin özünü binadan atması barədə deyilənlər yalandır”.
Baxış sayı: 191