Xəbərlər



Sünii kipriklərin hansı fəsadları var?
Sünii kipriklərin hansı fəsadları var?

Oftalmoloqların gözəllik məqsədilə əlavə sünii kipriklərin kleylənməsinin orqanizmə verdiyi kənar təsirlər haqqında məlumatı:
- Qıcıqlanma
- Allergik reaksiyalar
- Eroziya, yəni göz qapağında yaralar
- İnfeksiyalaşma, yəni göz qapağı və gözün konyuktiva qişasında iltihab
- Quru göz sindromu
- Alopesiya, yəni öz kipriklərimizin hissəvi olaraq daimi və ya müvəqqəti tökülməsi
- Demodeks, kipriklərdə yaşayan gənə növü. Bu canlılar kipriklərin follikullarına sancılaraq qidalanıb və çoxalır. Onu da qeyd edək ki, həmin sünii materialla da qidalanmağı sevirlər.
Sünii kipriklərin qoyulması hazırda dünyanın əksər ölkələrində ənənə halına keçmişdir. Amma kənardan xoşagəlimli görünən sünii kipriklər çox ağır və geri dönməyən fəsadlarla nəticələnə bilər. Hollivud ulduzlarından Kristin Çenovet bir neçə il əvvəl tədbirə (Late Show with David Letterman) sünii, kleylənmiş kipriklərin verdiyi ağırlaşma səbəbindən qara eynəklə getmişdi.
Alimlərin araşdırmalarına görə əsasən də kleyin tərkibindəki formaldehid daha çox allergendir. Sünii və uzunmüddət qalıcı kipriklərin qoyulması ilk dəfə 1.5-2 saat vaxt tələb edir. 4D effektli olmasını istəsəniz 3 saata yaxın vaxt lazımdır. 2-3 həftə sonra korreksiyaya ehtiyac olur və bu da 45-90 dəqiqə aparır.
Vizajist, kosmetoloq, leşmeyker Arianna Montezam deyir ki, kipriklərin qoyulması; dırnaqların gel-lakı kimi vaxt və invistisiya tələb edən bir vasitədir ki, onun vacib olub-olmamasına özünüz qərar verin.
Amerika oftalmoloqlar akademiyasının məlumatına görə süni kipriklərin qoyulması gözün buynuz qişasının infeksiyalaşmasına, göz qapaqlarının ödeminə, kipriklərin müvəqqəti, bəzən də daimi itiriləməsinə səbəb ola bilir.
Kimyəvi maddələrin gözlərə verdiyi ağırlaşmadan əlavə işlədilən alətlərində travmaları qeydə alınır.
Tövsiyə: əgər kipriklərin qoyulmasından sönra narahatlıq hiss etsəniz özünüz onları çıxarmağa çalışmayın. Mütləq onları bitişdirən kosmetoloqa və oftalmoloqa müraciət edin. Əgər sünii kipriklərə maliksinizsə gözlərinizi ovuşdurmayın və üzü aşağı yatmaq adətinizi unudun.
Yuxarıda göstərilən ağırlaşma və fəsadlardan qorunmağın yeganə yolu sünii kipriklərdən imtina etməkdir!
Sünii kipriklərin hansı fəsadları var?
Sünii kipriklərin hansı fəsadları var?
Baxış sayı: 221