Xəbərlər



Uşaqda qulaq ağrısını necə müəyyən etmək olar?
Uşaqda qulaq ağrısını necə müəyyən etmək olar?
Uşaqlarda qulaq ağrısı heç də nadir hal deyil və valideynlərin çox az qismi deyə bilər ki, bu problem onlardan yan keçib. Əksər hallarda qulaq ağrısı balaca uşaqlarda müşahidə edilir, bu da uşaq qulağının quruluşunun xüsusiyyətləri ilə bağlıdır. Böyüklər bu problemlə nadir hallarda üzləşirlər. Çox vaxt qulaq ağrısı qəflətən başlayır, bu ya axşama doğru, ya da gecə baş verə bilər. Anaları ən çox narahat edən isə ağrının südəmər körpələrdə olmasıdır, çünki bir qədər böyük uşaqlar ağrıyan yeri dəqiq göstərə bilirlər. Bəs körpənin məhz qulağının ağrımasını necə müəyyən etmək olar?
Əslində bu çox da qorxulu hal deyil, əsas təlaşa düşməməkdir. Bunun üçün xarici qulaq girəcəyinin qabağında olan üçbucaq şəklində çıxıntıya bir qədər basmaq kifayətdir
Əgər körpə buna heç cür reaksiya vermirsə, çox güman ki, onun qulaqları ağrımır və narahatçılığa səbəb başqa şeydədir. Əgər uşağın qulağı ağrayırsa, o, sizin toxunuşunuza dərhal ağlamaqla, qışqırmaqla və ya səksənərək reaksiya verir. Bundan əlavə, körpə qulaqlarını əlləşdirə və ya daima qulaqlarını əlləri ilə tuta bilər. Bəzən uşaq orqanizmi qulaq ağrısına müxtəlif reaksiya verir.
Uşaqda qulaq ağrısının əsas əlamətləri:
• Hərarətin qalxması
• Tez qıcıqlanma, əsəbilik və narahatçılıq
• Yuxunun pozulması
• Qulaq kanalından ifrazatlar, çirkin axması
• Burundan seliyin axması
Əksər hallarda uşaq halsız olur, yeməkdən imtina edə bilər, çünki qidanı udmaq (və ya süd əmmək) əlavə ağrı verir. Bu əlamətlərdən birini müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin, qulaqdan ifrazat axdıqda isə - təcili yardım çağırın. Qulaqda ağrının səbəbi Qulaqda ağrının dəqiq səbəbini bilmək üçün mütləq həkimə müraciət etmək lazımdır. O, düzgün diaqnoz və müvafiq müalicə təyin edəcəkdir.






Baxış sayı: 492