Asqar/Asgar- ərəb d.“kiçik/ kiçik aləm”deməkdir. Aləm isə dünya mənasında işlədilən bir ifadədir. Bəlkə də Ərəblər Aslara/Azlara məxsus olmuş kosmoqonik aləmdən, allahlar diyarından; Asgarddan xəbərdar olublar. Asqard/Asgard/Osqor; Aslara/Azlara məxsus ölkə, məskən, yəni “As/Az” tanrılarına məxsus səmavi şəhərlərdən, üç kosmoqonik aləmdən biridir.“As/Os” – “Qor/Gar” sözündə həm Osiris tanrısının adının kökündəki “Os/As”, həm də Hor/Qor/Gor tanrısının adındakı; yüksəklik, ucalıq, əzəmət bildirən “Qor-Gar” sözü vardır. Asgard şəhəri nəhəng varlıqlar olan Qrimtursenlər tərəfindən tikilmişdi. İkinci kosmoqonik aləm Midqarddır, yəni insanların yaşadığı bu dünya. Üçüncü aləm isə nəhənglərin yaşadığı, As tanrılarının qanunlarına tabe olmayanların, demonların yaşadığı Utqard aləmidir. Mənbələrdə beş Asqard/Asgard aləmi haqqında məlumat var:
1. Ağ insanların səmadakı vətəni
2. Daariy Asqardı; Şimal materikində Meru dağının zirvəsində idi. Materik; çay vasitəsilə 4 hissəyə ayrılıb – Svaqa, Rae, Xarra, Tule. Dağın aşağı hissəsində göl və dəniz də olub. Bu adlaradan məlumdur ki, söhbət Hiperboreyadan gedir.
3. İriy Asgardı
4. Soqdiy/Soqdiana Asqardı; Asiyada, bu günki Türkmənistan ərazisindədir. Asqabad/Aşqabad yaxınlığında, təxminən 18 km. aralı bir ərazidə olub. Makedoniyalı İsgəndərin hücumlarından sonra ora İriy Asqardının kahinlərinin, rahiblərinin təsiri altına keçdi ki, bu barədə Nizami Gəncəvinin “İsgəndərnamə”sində qeyd edilib. 5. Svitiod Asqardı; Tanrı Odinin işığı ilə nurlanırdı. Skandinaviyada olan böyük yanğından sonra yeni şəhər inşa edildi və Uppsala adlandırıldı. Yazıçı və tarixçi V.İ. Şerbakov 1989 – cu ildə Türkmənistanda etdiyi araşdırmalardan sonra akademik adı aldı. Şerbakova görə Tanrılar və Nəhənglər ölkəsi Svitiod bu günki Monqolustan ərazisində olub və e.ə. I əsrdə Aslar/Azlar buradan Avropaya köç etmişlər. Şerbakov Asların Avropaya getdiyi marşrutu göstərərək, o yolun Qara Dənizin şimal sahilindən keçdiyini bildirmişdir. Şerbakova görə; şimalda yaşayan hindavropalıların əcdadları Monqolustanın cənub qərbindən gəlib, Orta Asiyadan Ustyurt rayonu ərazisindən keçərək Kopetdağa enmişlər. “Eddada“yazıldığına görə Odin və Aslar; Alanların cəmiyyətinə daxil idi və polietnik Skifo –Sarmatiyada yaşayırdılar. Kopetdağda Aslara həsr edilmiş kult mərkəzləri var idi ki, parfiyalıların və skandinavların əcdadları tərəfindən Tanrılaşdırılmışdılar. Orada Aslar Asqardı və digər mifoloji obyetkləri, Parfiya çarlığında olan qədim Nisa yaşayış ərazisində və Mansurdəpədə inşa etmişdilər. Aslar/Azlar Skandinavların əcdadına çevrildi və onlar Tanrı hesab edildi.“Aziya”qitəsi, “Azov”dənizi; Qədim Asların/Azların şərəfinə belə adlandırıldı. Və türkdilli dünyada onlar həll olundular, əridilər. Eddada yazılır: “Onlar özləri və oğulları yerli xanımlarla evləndilər və artıb, çoxalıb bütün Saksların ölkəsinə yayıldılar“. Şerbakov hipotezini əsaslandıraraq qeyd edir ki, Alman- Skandinav mifologiyasındakı Aslar/Azlar Germanların əcdadlarıdır. Türkmənlərin tərkibində böyük bir “Azır” tayfası, yəni “Aslar/Azlar” var idi. Skandinaviya/Askandinaviya, İslandiya/Aslandiya...
Araşdırdı F. Rüstəmova