Ana Sayfa > Xəbərlər > Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətinə baxılmasını əngəllədi
Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətinə baxılmasını əngəllədi18-05-2022, 23:37. Yazar: ailehekimiklinikasi |
Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətlərinə baxılmasını əngəlləyib. Çərşənbə günü NATO nümayəndələri Finlandiya və İsveçin təklifləri barədə danışıqlara başlamaq üçün bir araya gəliblər. Lakin Ankaranın mövqeyi nəticəsində müzakirə baş tutmayıb. Qeyd edək ki, əvvəlcə alyans qəbul protokolunu təsdiqləməli, daha sonra hər iki ölkəyə formal olaraq dəvət göndərməlidir. Yalnız bundan sonra Skandinaviya ölkələrinin üzvlüyü bütün NATO ölkələri tərəfindən ratifikasiya edilməlidir. Mənbə: “RİA Novosti” Geri dön |