Xəbərlər



DYP əməkdaşı vətəndaşdan pul TƏLƏB EDİR - ANBAAN VİDEO
DYP əməkdaşı vətəndaşdan pul TƏLƏB EDİR - ANBAAN VİDEO


Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılıb.

Demokrat.az xəbər verir ki, görüntülərdə yük maşınlarının sürücülərindən "postun pulu" adı ilə 10 manat istərən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də insoektor "qaydanın belə olduğunu" əsas gətirərək pulu qəbul etmir.

Həmçinin yolun magistral olduğunu bildirərək icazə olmadılğını deyir. Pul verilməyəcəyi təqdirdə isə yük maşınlarının tərəziyə çıxarılaraq əlavə yükün boşaldılacağını qeyd edir.

Görüntülərinin Bakı-Astara yolunda çəkildiyi və Masallı postu kimi tanınan ərazidə olduğu ehtimal olunur.

Baxış sayı: 943