Xəbərlər



Bəyi toyunda belə öldürdülər - ANBAAN VİDEO
Bəyi toyunda belə öldürdülər - ANBAAN VİDEO


Türkiyədə toy mərasimində dəhşətli qətl hadisəsi baş verib, Novosti-Azerbaydjana Türkiyənin Show TV telekanalına istinadən bildirib.
26 yaşlı Serkan İxtiyar öz toyunda qətlə yetirilib. 26 yaşlı gənci onun əmisi oğlu Rəşid Gənc öldürüb.
Məlumata əsasən, bir neçə gün bundan öncə İxtiyar bütün qohumlarını toya dəvət edib. Dəvət olunanlar arasında əmisi oğlu da olub.
Özü ilə tapança götürən Gənc toyun ortasında bəyə arxadan yaxınlaşıb və onun kürəyinə dörd dəfə atəş açıb.
Aldığı yaralardan bəy yerində keçinib.
Atəş açan şəxs bir neçə saat sonra saxlanılıb. Gənc ifadəsində bu günü artıq üç ildir ki, gözlədiyini deyib.
"Bu, qanlı intiqam idi. Üç il bundan öncə mənim qardaşım İxtiyar sərxoş halda yol qəzası törədən zaman onun maşınında həlak olub. O, şərti cəza aldı, mənim qardaşım isə öldü. O zaman qardaşımın intiqamını alacağım barədə özümə söz verdim”, - Gənc polisə bildirib.
Fakt üzrə istintaq aparılır.
Baxış sayı: 381