Xəbərlər



BMT-dən qorxunc xəbərdarlıq: dünya belə təhdid görmədi
BMT-dən qorxunc xəbərdarlıq: dünya belə təhdid görmədi


“İqlim dəyişikliyi qlobal təhdid səviyyəsinə çatıb”.

Publika.az xəbər verir ki, bunu BMT İnsan Haqları Komitəsinin ali komissarı Mişel Baçelet deyib.

BMT-nin Cenevrədəki Baş ofisində başlayan İnsan Haqları Şurasının 42-ci iclasının açılışında danışan ali komissar bildirib ki, iqlim dəyişikliyi dünyanın hər bir bölgəsini təhdidi altında saxlayır: “Hazırda proqnozlaşdırılan qlobal istiləşmə səviyyəsinin insani nəticələri fəlakət olacaq. İqlimin fövqəladə vəziyyəti hazırda qlobal səviyyədə kəskin artır. Ümumdünya Səhiyyə Təşkilatı 2030-2050-ci illərdə iqlim dəyişikliyinin 250 min əlavə ölümə səbəb olmasını gözləyir. İqlim dəyişikliyi, eyni zamanda, insan haqları, inkişaf və sülhü də baltalayır. Dünya insan haqlarına qarşı əsla bu tip təhdid görmədi. Bu, hər hansı bir ölkənin, qurumun, siyasətçinin kənara çəkilə biləcəyi durum deyil. İqlim dəyişikliyi ilə mübarizəyə daha çox sərmayə qoyulmalıdır”.
Baxış sayı: 22