Xəbərlər



DÜNYA ŞOKDA: Türkiyə və Rusiya NATO--ya qarşı BİRLƏŞİR
DÜNYA ŞOKDA: Türkiyə və Rusiya NATO--ya qarşı BİRLƏŞİR


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə sonuncu görüşü bir sıra məqamlara görə diqqət çəkib.

Dövlət başçılarının Soçidəki iqamətgahda deyil, Moskvada Beynəlxalq Aerokosmik sərgisində bir araya gəlməsi analitiklər arasında müzakirələrə yol açıb. Səfərdən əvvəl Suriyadakı son vəziyyətə dair müzakirələrin ön plana çıxacağı gözlənilsə də, dövlət başçılarının “Su-35” və “Su-57” təyyarələrinə baxış keçirməsi ABŞ-a mesaj kimi dəyərləndirilib.

Görüşün məkanı kimi zamanı da önəmli idi. Ərdoğan və Putin “S-400” lərə aid ikinci batareyanın Ankaraya daşındığı gün görüşdü. Ekspertlər hesab edir ki, Ərdoğan bu addımıyla “F-35” əldə edə bilməsə, Rusiyadan hərbi təyyarə ala biləcəyini nümayiş etdirib. Bu məntiqlə düşünənlər eyni zamanda hesab edirlər ki, Ankaranın bu addımı Türkiyənin NATO-dakı sonu ola bilər. Məsələ burasındadır ki, “S-400”lər NATO sistemlərinə inteqrasiya olunmadan fəaliyyət göstərə, gözlənilməz hadisələr zamanı söndürülə bilər. Lakin hərbi təyyarələr baxımından bu mümkün deyil. Deməli, ABŞ “Su-35” və “Su-57” təyyarələri ilə bağlı Ankaraya “S-400” məsələsindəki kimi güzəştə getməyəcək.

Görünən budur ki, ABŞ “F-35”lərlə bağlı mövqeyini dəyişməsə, Türkiyənin “Rusiya yolu” açıq görünür. Həmçinin, NATO-da ən güclü ikinci orduya sahib Türkiyənin qurumdan ayrılması hərbi alyansda parçalanmanın əsasını qoyacaq. Bunu yaxşı başa düşən Rusiya, Türkiyə üçün bütün güzəştlərə gedir. Bu yanaşmanı Rusiya təyyarəsinin və səfirinin vurulması hadisələrində də müşahidə etdik. İllərdir Rusiyadan “S-400” almaq üçün müzakirə aparan ölkələrdən fərqi olaraq, Türkiyənin müdafiə sistemlərini qısa zamanda, üstəlik maliyyə güzəştləri ilə əldə etməsini təsadüfi hesab etmək olmaz. Beləliklə, Rusiya ən böyük hərbi rəqiblərindən biri NATO-nu sarsıtmaq üçün tarixi şans əldə edib. Putin, Türkiyəni öz tərəfinə çəkməklə artıq NATO-nun bünövrəsini çoxdan sirkələməyə başlayıb. Qərbdən lazımi dəstəyi görməyən Ərdoğan üçün isə NATO-nun varlığı elə də əhəmiyyət kəsb etmir. Necə deyərlər, tərəflər bir-birindən öz maraqları üçün istifadə edir...
Baxış sayı: 749