Xəbərlər



Trampdan ŞOK AÇIQLAMA: "Qasırğa gələn ölkələri BOMBALAYAQ"
Trampdan ŞOK AÇIQLAMA: "Qasırğa gələn ölkələri BOMBALAYAQ"


ABŞ prezidenti Donald Trampın söz-söhbət yaradacaq daha bir açıqlaması.
Bizimyol.info xarici mətbuata istinadən xəbər verir ki, Donald Tramp bu dəfə qasırğaları hədəf alıb. Belə ki, Milli Təhlükəsizlik üzvləri ilə keçirdiyi iclasda ölkəyə qasırğa təhlükəsi müzakirə edilib. Xəbərə görə Tramp danışdığı əsnada “Anladım, anladım. Niyə bombalamırıq?” deyib.

Tramp sözlərində ciddi olduğunu vurğulayaraq “Afrika sahillərindən ABŞ-a doğru irəliləməkdə olan qasırğanı niyə bombalamırıq? Bunu niyə etməyək?” – deyə bildirib.

Ağ ev rəsmilərindən xəbərin doğruluğu soruşulduqda Trampın Milli Təhlükəsizlik üzvləri ilə olan özəl söhbətlərini şərh etmədiklərini bildiriblər.
Baxış sayı: 163