Xəbərlər



SON DƏQİQƏ: Ermənistandan Azərbaycana qarşı növbəti QARAYAXMA
SON DƏQİQƏ: Ermənistandan Azərbaycana qarşı növbəti QARAYAXMA


Ermənistanın İstintaq Komitəsi avqustun 12-də döyüş postunu tərk edərək Azərbaycana sığınan fərari erməni əsgəri Kazaryan Aro Xaykoviçin bədənindəki yaralarla bağlı böhtan xarakterli bəyanatla çıxış edib.

Moderator.az erməni mətbuatına istinadən xəbər verir ki, bəyanatda erməni əsgərin öz mövqeyini tərk edənə qədər bədənində heç bir yaranın olmadığı, bu yaraların “yeni” olduğu bildirilib. Bəyanatdan belə anlaşılıb ki, fərari əsgərin bədənindəki yaraları Azərbaycan tərəfi edib.

Bəyanatda qeyd edilib ki, erməni əsgərin yalnız sol əlinin şəhadət barmağında yara olub ki, həmin yaraya görə sözügedən əsgər 24.07.2019-cu ildə buna görə Martuni xəstəxanasına aparılaraq müalicə edilib.

Göründüyü kimi, erməni tərəfi qaçaq saldığı əsgərinin bədənindəki yaralara görə də ölkəmizi ittiham edir, bununla da Azərbaycanın imicini ləkələməyə, onun təslim olan və ya ələ keçirdiyi hərbçilərə işgəncə verən ölkə obrazını formalaşdırmağa çalışır.

Bundan başqa, Ermənistanın İstintaq Komitəsinin böhtan xarakterli bəyanatının daha bir məqsədi isə başqa erməni hərbçiləri qorxutmaq, onların Azərbaycana keçməsinin qarşısını bu yolla almaqdır. Komitəs hesab edir ki, erməni hərbçilərini Azərbaycanın ona sığınan ermənilərə işgəncə verdiyi yalanına inandıra bilsə, bu, onların Azərbaycana sığınmasını əhəmiyyətli dərəcədə önləyə bilər.
Baxış sayı: 500