ABŞ Suriyanın şimalında, Rəsul Ayn şəhərində aviabaza yaradacaq.
Axar.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Bazanın yerləşəcəyi ərazi (Tel Erkam) Türkiyə ilə, daha dəqiq desək Şanlıurfanın Ceylanpınar ilçəsi ilə həmsərhəddir.
Bildirilir ki, 5 km-lik sahədə inşa ediləcək hərbi obyekt gələn aydan istifadəyə hazır olacaq.