Xəbərlər



Ac qal, sağlam ol - Alimlərdən tövsiyə
Ac qal, sağlam ol - Alimlərdən tövsiyə

Kaliforniya universitetinin alimləri maraqlı araşdırma ortaya qoyublar.

Qafqazinfo.az xəbər verir ki, onların fikrincə, ac qalmaq metobolizmi dəyişir, sirkad ritmlərə təsir göstərir, səhhəti daha da yaxşılaşdırır və orqanların qocalması ilə bağlı xəstəliklər riskini azaldır. Tədqiqatla bağlı məqalə "Cell Reports" jurnalında dərc olunub.

Sirkad ritmlər orqanizmin "daxili saatı" adlanır. Bu isə daxildə gedən proseslərin əksəriyyətini - metobolizmdən tutmuş hormonların atılmasınadək idarə edir.

Təcrübə siçanların üzərində aparılıb. Sutka ərzində qida qəbul etməyən siçanlar daha az oksigen tələb edib və daha az enerji sərf ediblər. Həmçinin, siçanlarda karbon qazı və oksigen arasında nisbi fərq azalıb. Siçanlara qida verildikdən sonra isə müşahidə olunan effektlər yoxa çıxıb.

Mütəxəssislər ac qalmanın genlərə və zülalların işinə də təsirini öyrəniblər. Xüsusilə qaraciyər və əzələlərin sutka ərzində fəaliyyətini təmin edən BMAL və REV-ERBa zülalları daha az aktiv olub.
Baxış sayı: 32