Xəbərlər



"Sarı jiletlər" Parisdə etiraz aksiyası keçiriblər
"Sarı jiletlər" Parisdə etiraz aksiyası keçiriblər

"Sarı jiletlər" hərəkatının üzvləri bu gün Parisin 10-cu dairəsində yerləşən Şimali vağzalında etiraz aksiyası keçiriblər.

Trend-in məlumatına görə, bu barədə "BFM" telekanalı xəbər verib.

Etiraz hərəkatının aktivistləri səhər saatlarında Stalinqrad müharibəsi meydanında toplaşıblar, ordan da böyük kütlə ilə Parisin küçələrində olublar.

Hadisə yerinə gələn polisin xüsusi təyinatlı qüvvələrinin dəstələri nümayişçiləri stansiyadan çıxarıb. Bundan sonra fəallar öz yürüşünü şəhərin küçələrində davam ediblər.

Etirazçılar respublika hakimiyyətindən vətəndaş təşəbbüsünün-referendumun təşkil etməsini tələb ediblər. "Sarı jiletlər" 14 iyul - Fransa Milli bayramında Parisdə genişmiqyaslı etiraz aksiyası keçiriləcəklərini deyiblər.
Baxış sayı: 10