Xəbərlər



Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır - RƏSMİ
Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır - RƏSMİ

Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu arasındadır.

Ailehekimiklinikasi.az trend-ə istinadən xəbər verir ki, bunu Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov Silahlı Qüvvələrin Hərbi Akademiyasının və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılış mərasimində çıxış edərkən deyib.

General-leytenantın sözlərinə görə, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində mühüm işlər görülüb.

Baş Qərargah rəisinin müavini qeyd edib ki, ən müasir silah və texnikaların alınması, mütəmadi təlimlərin keçirilməsi Azərbaycan Ordusunun döyüş qabiliyyətini daha da artırır: "Bu gün Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır".

N.Osmanovun sözlərinə görə, Azərbaycan Ordusu və xalq arasında sarsılmaz birlik var: "Xalq ordumuzu dəstəkləyir, xalq ordunun yanındadır". (trend)
Baxış sayı: 65