Xəbərlər



"Rusiyaya ehtiyacımız yoxdur. Azərbaycan bizi maksimum TƏMİN EDİR" - Turnava
"Rusiyaya ehtiyacımız yoxdur. Azərbaycan bizi maksimum TƏMİN EDİR" - Turnava

Gürcüstanın Rusiyadan enerji asılılığı təhlükəsi yoxdur. Gürcüstanın daxili bazarının təbii qaza olan ehtiyacının 97 faizi Azərbaycanın hesabına təmin olunur.

Ailehekimiklinikasi.az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava söyləyib.

Onun sözlərinə görə, Gürcüstanda yalnız özəl sektorun bir hissəsi Rusiyadan qaz ala bilər.

“Bizim strateji istehlakçılarımız olan əhali və elektrik enerjisi istehsalçıları tam olaraq Azərbaycan qazı ilə təmin olunur” – deyə N.Turnava vurğulayıb.
Baxış sayı: 1 107