Xəbərlər



SON DƏQİQƏ: Ermənistan hücuma keçdi - ŞƏHİDİMİZ VAR
SON DƏQİQƏ: Ermənistan hücuma keçdi - ŞƏHİDİMİZ VAR


Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib.

Axar.az xəbər verir ki, iyunun 9-da cəbhənin Tərtər rayonu istiqamətində düşmən tərəfindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Xəlilov Elşən Vüqar oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Baxış sayı: 9 668