Xəbərlər



Arterial təzyiqi salmağın yolu tapıldı
Arterial təzyiqi salmağın yolu tapıldı

Arterial təzyiqi salmağa yuxu kömək edəcək. Belə bir nəticəyə Arizon Universitetinin alimləri gəliblər.

Ailehekimiklinikasi.az oxu.az-a istinadən bildirir ki, araşdırmanın nəticələri "Psychosomatic" elmi jurnalında dərc olunub.

Alimlər bildirirlər ki, doyunca yatmamaq təzyiqin qalxmağına və növbəti gündə də yüksək səviyyədə saxlanılmasına səbəb olur, bu da ürək-damar xəstəliklərinin yaranmağına gətirib çıxarır. Ona görə də mütəxəssislər gündə 6-9 saat yatmağı məsləhət görürlər.

Xroniki yuxu çatışmazlığı hipertoniya xəstəliyi və stressin yaranmağına, eləcə də insulinin səviyyəsinin azalmağına gətirib çıxara bilər.
Baxış sayı: 349