Xəbərlər



Bu, vicdansız rəqabətdir - Moskvadan ABŞ-a ETİRAZ
Bu, vicdansız rəqabətdir - Moskvadan ABŞ-a ETİRAZ

S-400 zenit-raket sistemlərinin NATO-nun standartları ilə uyğunsuzluğu haqqında ABŞ-ın bəyanatı vicdansız rəqabətdir.

Ailehekimiklinikasi.az xəbər verir ki, bunu Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov NTV telekanalının efirində bildirib.

“Onlar sadəcə bizə təzyiq göstərməyə çalışırlar. Bu, sadəcə əsl vicdansız rəqabətbir. Bizim hərbi texnikanın əvəzinə öz texnikasını satmağa çalışırlar”, - o deyib.

Qeyd edək ki, ABŞ S-400 zenit-raket sistemlərinin NATO-nun standartları ilə uyğunsuzluğunu əsas gətirərək Türkiyədən onun alınmamasını tələb edir.
Baxış sayı: 51