Xəbərlər



Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, birinci xanım təbriki instaqram hesabında yayımlayıb.

Təbrikdə deyilir:

“Əziz həmvətənlər,

Sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. Bu mənəvi yenilənmə və təmizlənmə bayramında sizə xoşbəxtlik və rifah, saf niyyətlər və xeyirxah işlər arzu edirəm. Allah sizin bütün oruclarınızı və dualarınızı qəbul etsin, Vətənimizə sülh, xoşbəxtlik, xoş günlər və firavanlıq bəxş etsin”.
Baxış sayı: 60