Xəbərlər



DİQQƏT! Metro sərnişinləri HAVALANACAQ
DİQQƏT! Metro sərnişinləri HAVALANACAQ

Bu gün Bakı metrosu vətəndaşların ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir.

Havaların isti keçməsi bu nəqliyyat vasitəsindəki müəyyən çatışmazlıqları aktuallaşdırıb. Xüsusi ilə, zəif havalandırma sistemi və kondisionerli qatarların azlığı daha çox müzakirə olunan məqamlardır.

Vəziyyətlə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.

O, bildirib ki, kondisionersiz qatarların xətdən çıxarılması istismar müddətinə bağlıdır:

“Bakı metropoliteninin stansiyaları üçün ölkəyə ümumilikdə 7 yeni havalandırma ventilyatorunun gətirilməsi gözlənilir. Həmin havalandırma ventilyatordan 2-i artıq gətirilib və quraşdırılması başa çatıb. Həmin ventilyatorlardan biri bu gün "Memar Əcəmi" stansiyasında işə salınacaq. Digəri isə metronun "Qara Qarayev" stansiyasında quraşdırılıb. Bu havalandırma ventilyatorları süni havalandırma qurğuları hesab olunur. Əsasən stansiya və tunellər üçün nəzərdə tutulan bu havalandırma ventilyatorları, ən müasir sistemlərlə təmin olunub.

Köhnə qatarlarda kondisioner sisteminin quraşdırılması mümkün deyil.

Hazırda ümumilikdə metropolitenin vaqon parkında 290 vaqon var. Onlardan 25 vaqon müasir standartlara uyğun və kondisionerlidir. Bu il ərzində 6 yeni qatar, yaxud 30 vaqon alınacağı gözlənilir. Yəni, yeni vaqonların sayı 55-ə çatdırılacaq. Nəticədə istismar müddətini başa vurmuş 6 qatar xətdən uzaqlaşdırılaraq əvəzində 81-765 tipli "Metrovaqonmaş" istehsalı olan yeni qatarlarla təmin olunacaq. Bu qatarların istehsalında isə ən aparıcı sistemlər tətbiq olunub.

Bütün vaqonların kondisionerli qatarlarla təmin edilməsi metronun inkişafından asılıdır.

Metroda qatarların yenilənməsi üçün onların istismar müddəti başa çatmalıdır. Hazırda istismarda olan və köhnə adlandırılan qatarlar 31 il müddətində istismar olunmalıdır. Digər səbəb, metronun inkişafı ilə bağlıdır. Yəni, yeni stansiyalar açılanda zərurət yaranarsa, yeni qatarlar xəttə buraxılacaq”.
Baxış sayı: 201