Xəbərlər



Su, qaz və işıqla bağlı yeni QƏRAR - RƏSMİ
Su, qaz və işıqla bağlı yeni QƏRAR - RƏSMİ

Azərbaycanda “Şəhər və rayon üzrə elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinin və sistemlərinin, həmin sistemlərdə mövcud qoşulma imkanlarını əks etdirən məlumatların mühəndiskommunikasiya təminatı xidmətləri göstərən təchizat müəssisələrinin internet saytlarına yüklənməməsinə görə məsul şəxslər məsuliyyətə cəlb ediləcəklər.

Ailehekimiklinikasi.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Yeni qaydalara əsasən, təchizat müəssisələri tərəfindən təyin edilən məsul şəxslər məlumatların internet saytlarına yerləşdirilməməsinə və ya yenilənməməsinə görə intizam məsuliyyəti daşıyacaqlar.

Bu qaydaların məqsədi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə kommunal xidmətlərə qoşulma ilə bağlı ətraflı məlumat alma imkanının təmin edilməsindən ibarətdir.
Baxış sayı: 359