Xəbərlər



Azərbaycan Qarabağ münaqişənin həllində dəstəyimizə arxalana bilər - Polşa Prezidenti
Azərbaycan Qarabağ münaqişənin həllində dəstəyimizə arxalana bilər - Polşa Prezidenti

Azərbaycan Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər.

Publika.az-ın məlumatına görə, bunu Bakıda səfərdə olan Polşa Prezidenti Andjey Duda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatında deyib.

Andjey Duda bildirib: "Bu gün, cənab Prezident, Siz ərazi bütövlüyü məsələsinə toxundunuz və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinizi bildirdiniz. Bilirik ki, bu məsələ uzun illərdir həll olunmamış qalır. Hazırda biz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüyük. Biz bəyan etmək istəyirik ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüququn normaları əsasında həllində hər zaman bizim dəstəyimizə arxalana bilər. Biz bu problemin sülh yolu ilə həll olunmasında Sizə yardım edəcəyik. İstəyirik, arzumuzu bildirək ki, bu, belə də olsun. Biz istərdik ki, Minsk qrupu çərçivəsində aparılan danışıqlar bundan sonra da davam etsin və müsbət nəticələr gətirsin. Beləliklə, bu uzunmüddətli münaqişə öz həllini tapa bilər".
Baxış sayı: 182