Xəbərlər



Azərbaycanda bu məktəblər ləğv edilir - RƏSMİ
Azərbaycanda bu məktəblər ləğv edilir - RƏSMİ

Hazırda paytaxtın yeddi məktəbində axşam növbəsində dərs keçirilir, bir ildən sonra bu məktəblər fəaliyyətini dayandıracaq.

Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, bunu Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firudin Həmzəyev “Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi” mövzusunda çıxışı zamanı deyib.

“Bu məktəblərin ləğv edilmə səbəbi icbari təhsilin doqquz illik olması ilə bağlıdır. Əvvəl icbari təhsil 11 illik idi. Ona görə də doqquzuncu sinifdən sonra təhsilini dayandıran şəxslər attestat almaq üçün təhsili tam mənimsəməli idi.

Axşam məktəblərində isə ikiillik dərs üç ilə keçilirdi. İki il əvvəl axşam məktəblərində təhsil alan şagirdlərin sayı 700-ə yaxın olub və artıq onuncu sinifdən sonrakı müddətdə axşam məktəbinə müraciət olmadığı üçün gələn ildən bu məktəblər fəaliyyətini dayandıracaq”, - nazirlik rəsmisi bildirib.
Baxış sayı: 119