Xəbərlər



"Azərbaycan Qarabağa girərsə işğalçı dövlət sayılacaq..." - Məclisdən ŞOK AÇIQLAMA
"Azərbaycan Qarabağa girərsə işğalçı dövlət sayılacaq..." - Məclisdən ŞOK AÇIQLAMA

Rumıniya Ticarət-Sənaye Palatasının üzvü Afanasi Tyudor Qarabağ münaqişəsi ilə bağlı qalmaqallı fikirlər səsləndirib.

Ailehekimiklinikasi.az oxu.az-a istinadən xəbər verir ki, o, Milli Məclisdə (MM) keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Qarabağ problemini “qarışıq məsələ” adlandırıb.


Tyudor deyib ki, Azərbaycan Qarabağı azad edərsə, işğalçı dövlət olacaq:

“Siz deyirsiniz ki, Qarabağ sizindir. Amma o ərazilər hazırda Ermənistanın nəzarətindədir. Əgər siz Qarabağı işğaldan azad etsəniz, onda işğalçı kimi tanınacaqsınız, işğalçı kimi qəbul ediləcəksiniz...”.
Baxış sayı: 389