Xəbərlər



"Sarı jiletlilər" yenidən küçələrə çıxdı
"Sarı jiletlilər" yenidən küçələrə çıxdı
vropa Parlamenti seçkiləri öncəsində Fransada “Sarı jiletlilər” etiraz aksiyasının 28-ci aktı başlayıb.

Ailehekiiklinikasi.az axar.az-a istinadən xəbər verir ki, Prezident Emmanuel Makronun yeritdiyi siyasətə qarşı paytaxt Parisdə və Makronun böyüdüyü Amiens şəhərində etiraz aksiyaları keçirilib.

Fransa polisi apreldə yanan Notr-Dam kilsəsi ətrafında və bəzi ərazilərdə etiraz aksiyası keçirilməsini qadağan edib.

Polislə etirazçılar arasında qarşıdurma baş verib.

Parisdəki etirazlar zamanı 64 nəfər, Amiens şəhərində isə 18 nəfər saxlanılıb.
Baxış sayı: 64