Xəbərlər



"Qarabağ probleminin həllini siyasətçilər çətinə salır. Orduya həvalə edin və izləyin" - Generaldan SENSASİON AÇIQLAMA
"Qarabağ probleminin həllini siyasətçilər çətinə salır. Orduya həvalə edin və izləyin" - Generaldan SENSASİON AÇIQLAMA


“Qarabağda müharibə yetişib və bu, an məsələsidir. Bu barədə danışan ekspertlər də Azərbaycan ordusunun döyüş hazırlığı səviyyəsini dərk edirlər. Həm də onlar görürlər ki, Azərbaycan ordusu intensiv, irimiqyaslı hərbi təlimlər keçirir, müasir silahlardan istifadə edir”.

Turkustan.info bildirir ki, bu sözləri “Yeni Müsavat”a müsahibəsində ehtiyatda olan zabit, general-leytenant Yaşar Aydəmirov bildirib.

O, təlimlər ucuz başa gəlmədiyini və hər bir təlimin məqsədinin döyüşə hazırlıq olduğunu deyib: “Bu təlimlər gecə, çöl-səhra, yağışlı, qarlı şəraitlərdə keçirilir və yüksək nailiyyətlər əldə olunur. Azərbaycan ordusu savaşa çoxdan hazırdır və Dağlıq Qarabağı, ətraf əraziləri işğaldan azad etməyə qadirdir. Bir-iki istiqamətdən endirilən kəskin zərbələrdən sonra erməni ordusu təslim olacaq, yaxud qaçacaq. Ermənistanı himayə edən qüvvələr də yaxşı bilir ki, növbəti hərbi əməliyyatların başlanması işğalçı ölkəni hansı fəlakətlərlə baş-başa qoyacaq. Bunlar gəlişigözəl sözlər deyil, real qiymətləndirmədir”.

Aydəmirov vurğulayıb ki, məsələnin həll olunması üçün 3-4 briqadanın iştirakı ilə 5-6 gün kifayət edər: “Bizdə kifayət qədər dəqiq silahlar var. Döyüş bölmələrimizin demək olar ki, 100 faizi MAXE əməkdaşları, peşəkar zabitlərdir. Bunu analitiklər də bilirlər və deyirlər belə olan təqdirdə niyə oturmusunuz?

Hərbçi kimi deyirəm ki, müharibə başlasa, Qərbi Azərbaycanın bütün nöqtələrinə zərbə endirilməlidir. Qarabağı işğaldan azad etməyin ən rahat üsulunu hərbçilər bilir. Problemi daha da çətinə salan diplomatlar və siyasətçilərdir. Sarsıdıcı bir zərbədən sonra ermənilər qaça-qaça danışıqlara gələcəklər. Mən danışıqlara qəti şəkildə inanmıram. Düşmənə bir dənə yaxşı zərbə endirmək lazımdır, ondan sonra özləri yalvaracaqlar”.
Baxış sayı: 599