Xəbərlər



Metro birgünlük səhərə kimi işləyəcək
Metro birgünlük səhərə kimi işləyəcək

Futbol üzrə UEFA Avropa liqasının final qarşılaşmasının Bakı Olimpiya Stadionunda keçiriləcəyini nəzərə alaraq, paytaxt metropoliteni oyunun keçiriləcəyi vaxt - mayın 29-da və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsinin və texniki vasitələrin, o cümlədən, xəttə buraxılmaq üçün ehtiyat qatarların ayrılması nəzərdə tutulub.
Baxış sayı: 7