Xəbərlər



Nazirdən AÇIQLAMA: "Plastik qabların istifadəsi qadağan ediləcək"
Nazirdən AÇIQLAMA: "Plastik qabların istifadəsi qadağan ediləcək"

Rusiya birdəfəlik plastik qabların istifadəsindən imtina edəcək.

Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Ekologiya Nazirliyinin rəhbəri Dmitriy Kobılkin danışıb.

Nazir bildirib ki, ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün plastik materiallardan hazırlanan məhsullardan istifadənin qadağan edilməsi zəruridir.

Məsələ ilə bağlı əhali arasında da sorğu keçirilib. Nəticələrə əsasən, xalqın 71%-i plastik qablardan imtina etməyə hazırdır.
Baxış sayı: 28