Xəbərlər



DİM imtahan nəticələrini açıqladı
DİM imtahan nəticələrini açıqladı

Dövlət İmtahan Mərkəzi 9 illik orta təhsil bazasında (kolleclərə) qəbulla bağlı martın 31-də keçirilən imtahanların nəticələrini elan edib.

Bununla bağlı DİM-dən məlumat verilib.

İmtahanda kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar, üzrlü səbəbdən 3, 10 və 17 martda keçirilən buraxılış imtahanlarının (IX sinif) birinci mərhələsində iştirak edə bilməyən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahanı verən cari ilin məzunları, orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları iştirak edib.

Şagirdlər öz yazı işləri, hər bir tapşırıq üzrə topladığı bal və qiymətləndirmə meyarları ilə tanış olmaq imkanına malikdirlər.

9 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları, Azərbaycan və ya rus dili, əlavə xarici dil imtahanı verən abituriyentlər bu linkdən, eksternat qaydasında imtahan verənlər, üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanlarında iştirak edə bilməyənlər isə buradan nəticələrini öyrənə bilərlər.
Baxış sayı: 97