Xəbərlər



Bu üsulla 10 aya 40 kilo arıqlamaq olur
Bu üsulla 10 aya 40 kilo arıqlamaq olur


Dünyada ilk dəfə çinlilər tərəfindən tətbiq olunan akupunktur bir çox xəstəliklərin müalicəsində istifadə olunur.

Ailehekimiklinikasi.az tibb.az-a istinadən bildirir ki, uzun illərdir ki, bədənin müəyyən bölgələrindəki xüsusi nöqtələrə iynə ilə akupunktur etməklə qəbizlik, sidik problemləri, yorğunluq, qulaqlarda küy, başgicəllənmə, yüksək təzyiq, miqren, oynaq ağrıları müalicə edilir.

Son illər isə bu üsul yeni sahədə tətbiq edilməyə başlayıb. Artıq akupunktur həm də qidalanma və yaşam tərzini dəyişib, artıq çəkidən qurtulmaq istəyənlərin daha çox müraciət etdiyi üsullardan biridir.

Bəs arıqlamaq məqsədilə olan akupunktur necə tətbiq edilir?

Akupunktur iynələri iştaha azaltma və doyumluluqla bağlı daha çox qulaqlarda olan xüsusi nöqtələrə taxılır.

Türkiyədən olan akupunktur mütəxəssislərindən biri hətta xəstəsinin akupunkturla 10 ayda 40 kilo çəki itirə bildiyini açıqlayıb. Amma mütəxəssislər hesab edir ki, bu müalicə üsulu diet və idmanla da dəstəklənməlidir. Yəni tək akupunkturla bu qədər arıqlamaq mümkün deyil. Yaxşı nəticə əldə etmək üçün xəstələrin nizamlı şəkildə həftədə ən azı iki dəfə akupunktur seansı keçməsi, əlavə olaraq diet proqramına riayət etməsi və idmanla məşğul olması da lazımdır.
Baxış sayı: 116