Xəbərlər



Tramp Türkiyəyə səfər etmək istəyir
Tramp Türkiyəyə səfər etmək istəyir

ABŞ-nın “Patriot” satmasının zəmanəti yoxdur, satmasa, S-400 ala bilərik.

Ailehekimiklinikasi.az oxu.az-a istinadən xəbər verir ki, bunu NTV-yə müsahibəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dilə gətirib.

İkinci təklifin daha rasional olduğunu bildirən nazir qeyd edib ki, dəyərləndirmələr davam edir.

“ABŞ səfərimiz faydalı keçdi. S-400-ü niyə almaq məcburiyyətində olduğumuzu açıqladıq. “Belə olduğunu bilmirdik” dedilər. ABŞ-ın satmadığını və bizim bir yerdən almağa məcbur olduğumuzu ifadə etdik.

İkincisi, bəzi NATO üzvü ölkələrdə S-300-lər var. Bu, NATO üzvlüyü ilə ziddiyyət təşkil etmir. Bununla bağlı nəsə demək hüququ yalnız NATO baş katibindədir. O, hər hansı bir NATO ölkəsinin istədiyi müdafiə sistemini ala biləcəyini dedi”, - nazir vurğulayıb.

Çavuşoğlu həmçinin bildirib ki, ABŞ prezidenti Donald Tramp Türkiyəyə səfər edə bilər.

Nazir qeyd edib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışıqları olur:

“Qarşılıqlı səfərlərə gəlincə, cənab Tramp gəlmək istədiyini deyib. Boltona tarixin müəyyənləşdirilməsini söylədik. Cənab prezidentin də (Ərdoğan nəzərdə tutulur – red.) ABŞ-a səfəri mümkündür. Yanlış anlamaların ortadan qalxması və gündəmə fokuslanmaq üçün bu səfərlər zəruridir”.
Baxış sayı: 81