Xəbərlər



Azərbaycanda yük maşını kanala aşdı – ÖLƏN VAR
Azərbaycanda yük maşını kanala aşdı – ÖLƏN VAR

Ağsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Ailehekimiklinikasi.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 14-də saat 15 radələrində Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində Kəlbəcər rayon sakini Mübariz Məmmədov idarə etdiyi “Mercedes” markalı yük avtomobilini Şirvan kanalına aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Baxış sayı: 52