Xəbərlər



Bu şəxslər təhsil haqqından azad edilsin - Deputatdan TƏKLİF
Bu şəxslər təhsil haqqından azad edilsin - Deputatdan TƏKLİF

Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatın Milli Məclisdə müzakirəsi zamanı əlil olan tələbələrin problemi qaldırılıb.

Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, əlil tələbələrin problemini Milli Məclisin komitə sədri, deputat Siyavuş Novruzov qaldırıb.

S. Novruzov təklif edib ki, əlil olan tələbələr ödənişli təhsil haqqından azad edilsin:

“Bu tələbələrin yaxşı qidalanmaya, müalicəyə və həm də yaxşı təhsil almağa ehtiyacı var. Onlar bizə müraciət ediblər. Bilirlər ki, bu gün Nazirlər Kabineti Milli Məclisdə hesabat verir. Hesab edirəm ki, əlil tələbələrin ödəniş haqqının bir hissəsini hökumət, bir hissəsini onların təhsil aldığı universitetlər üzərinə götürsə, məsələ həll olunar. Mən həmçinin iş adamlarını, sahibkarları da bu prosesdə iştirak etməyə, xeyriyyəçiliklə məşğul olmağa dəvət edirəm”.
Baxış sayı: 208