Şimali Koreya lideri Kim Çen Inın 3 övladı var.
Publika.az xəbər verir ki, bu barədə Cənubi Koreya kəşfiyyatı məlumat yayıb.
"KXDR lideri Kim Çen Inın ictimaiyyət qarşısına çıxan qızı Cu E ilə yanaşı, daha iki uşağı var. Onlardan biri oğlandır və ailənin ilk uşağıdır. Digərinin cinsiyyətini və yaşını öyrənmək mümkün olmayıb", - məlumatda deyilir.
Kəşfiyyatın hesabatında həmçinin Kim Çen Inın səhhətində problemlərin olması ilə bağlı şayiələr təsdiqlənməyib.